EPOS – 1) geniş mәnada lirika vә dramaturgiya ilә bәrabәr, әdәbiyyatın üç növündәn biri. Epik әsәrlәrin әsas ifadә tәrzi tәhkiyәdir. Tәhkiyәdә baş vermiş hadisә sözlә çatdırılır. Əhvalatın baş verdiyi zamanla nağıl olunduğu zaman arasında müәyyәn vaxt fәrqi olur, әhvalat tәhkiyәdәn әvvәl baş verir, nağıledәn baş vermiş әhvalatı xatırlayan şәxs qismindә çıxış edir. Epik әsәrlәrdә tәhkiyә ilә yanaşı, tәsvirlәr dә müәyyәn rol oynayır. Tәhkiyәdә әhәmiyyәt kәsb edәn müәllif mühakimәsi dә ideya vә mәzmun bütövlüyünü tәmin edir. Tәhkiyә içәrisindә personajların danışığı – monoloq vә dialoqlar da olur. Belәliklә, epik әsәrdә tәhkiyә, tәsvir, müәllif mühakimәsi vә personajların nitqi vasitәsilә hәyat gerçәkliyinin bәdii lövhәlәri yaradılır. Epik әdәbiyyatın әsas formaları roman, povest, hekayә, oçerk, novella vә s.- dir. Şifahi xalq әdәbiyyatı örnәklәri sırasına daxil olan atalar sözü, rәvayәt, lәtifә, nağıl vә s. epik formadadır.
2) Dar mәnada qәhrәmanlıq dastanı (mәs., “Alpamış”, “Kalevala”, “Koroğlu”, “Manas” eposları vә s.).