EPŞTÉYN (Epstein) Jan (25.3.1897, Varşava – 2.4.1953, Paris) – fransız rejissoru vә kino nәzәriyyәçi. L.Dellükun tәsiri altında olmuş, onun fotogeniya nәzәriyyәsini inkişaf etdirmişdir. “Müasir poeziya” (1921), “Salam, kino!” (1921), “Lirosofiya” (1922) kitablarının müәllifidir. Rej. kimi ilk işi “Paster” (1922, Benua-Levi ilә birgә) filmi olmuşdur. Sonralar “Qırmızı mehmanxana” (1922, Balzakın әsәri üzrә) vә “Sadiq ürәk” (1923, öz ssenarisi üzrә) ekran әsәrlәrini yaratmışdır. E. alman ekspressionist kinosunun üsullarından istifadә edәrәk “Eşerlәr evinin süqutu” (1928, E.Ponun әsәri üzrә) filmini çәkmişdir. Kino dili sahәsindә eksperimentlәrә, metaforik obrazlılığa böyük әhәmiyyәt vermişdir. Digәr filmlәri: “Niverneli gözәl qız” (1923), “Afişa” (1924), “İkili mәhәbbәt” (1925), “Rober Makerin macәraları” (1926), “Livan qәsrinin sahibәsi” (1932), “Avaraların ürәyi” (1935) vә s.