ÉRA (lat. aera – an, lәhzә) – 1) xrono lo g i y a d a hәr hansı әlamәtdar vә ya әfsanәvi hadisә ilә bağlı olan tarix hesabının başlanğıc anı (vaxtın ardıcıl hesabı bu andan başlayır), hәmçinin tarix hesabı sistemi. Tәqvimin başlandığı hadisәnin xarakterindәn asılı olaraq E. müxtәlif olur. Mәs., astronomik era olan әn qәdim hind erası (Kali) bәzi planetlәrin vәziyyәtinә görә hesablanmışdır (e.ә. 3102 il fevralın 18-dәn); şәhәrin salınmasından (e.ә. 753 ildә Romanın әsasının qoyulmasından) hesablanan E.; hәr hansı bir hökmdarın vә ya sülalәnin hakimiyyәtә gәldiyi gündәn vә ya ildәn hesablanan E. – Nabonassar (e.ә. 747 il fevralın 26-dan) E.-sı, Selevkilәr (e.ә. 312 il oktyabrın 1-dәn) E.-sı, Diokletian vә ya әzabkeşlәr E.-sı; tarixi hadisәdәn hesablanan E. – fransız erası (1792 il sentyabrın 22-dәn, Fransada Birinci resp.-nın elan edilmәsindәn) vә s.
Dini E.-ya İsa peyğәmbәrin doğulmasından başlayan E. misal ola bilәr. Roma rahibi Kiçik Dionisi (Dionisi E.-sı) tәklif etmişdir. Buna yeni vә yaxud bizim E. (b.e.) da deyilir. Bu E. beynәlxalq praktikada vә tarix elmindә qәbul edilmişdir. Bundan başqa, E. İsadan әvvәl vә sonra (“İ.ә.”, “İ.s.”), miladdan әvvәl vә ya miladdan öncә, miladdan sonra (“m.ә.” vә ya “m.ö.”, “m.s.”) kimi dә verilir. M ü sәl m a n E.-sı (hicri; 622 il, iyulun 16/17-dә Mәhәmmәd peyğәmbәrin Mәkkәdәn Mәdinәyә köçmәsi), Budda E.-sı (e.ә. 544 ildә Buddanın qәbul edilmiş ölüm tarixindәn başlayır) vә s. dә dini E.-ya misaldır. Bax Tәqvim.
2) Əvvәlki mәrhәlәdәn köklü şәkildә fәrqlәnәn böyük tarixi dövr.