ERÁRİ (lat. aerarium, aes sözündәn, yiyәlik halda aeris – mis, pul) – Qәdim Romada dövlәt xәzinәsi. Saturn mәbәdindә saxlanılırdı. Resp. dövründә senatın (kvestorların idarәçiliyindә), imperiya dövründә isә imperatorların (pretorların idarәçiliyindә) sәrәncamvermәsindә idi. Tәdricәn imperator Avqustun tәsis etdiyi şәxsi imperator kassası – fisklә birlәşmişdi.