ERATOSFEN; kirenli Eratosfen (Eratosthénes Kyrenáios; e.ә. tәqr. 276–194) – qәdim yunan alimi. Riyaziyyatda sadә әdәdlәrin tapılması üçün üsul (Eratosfen әlәyi) vermiş, kubun ikiqat böyüdülmәsi mәsәlәsinin hәlli üçün cihaz yaratmışdır. Yer meridianını ilk dәfә E. ölçmüşdür. Xronologiya, astronomiya, әdәbiyyat (qәdim komediyalar haqqında tәdqiqat), fәlsәfә vә musiqiyә dair әsәrlәri var.