ERATOSFEN ƏLƏYİ – mürәkkәb әdәdlәrin natural sıradan әlәnmәsi metodu. Eratosfen tәrәfindәn işlәnmişdir. E.ә.-nin mahiyyәti aşağıdakı kimidir: 1-in üzәrindәn xәtt çәkilir. 2 sadә әdәddir, 2-yә bölünәn bütün natural әdәdlәrin üzәrindәn xәtt çәkilir. Üzәrindәn xәtt çәkilmәyәn 3 әdәdi sadәdir. 3-ә bölünәn bütün natural әdәdlәrin üzәrindәn xәtt çәkilir. Növbәti üzәrindәn xәtt çәkilmәyәn 5 sadә әdәddir. Analoji әmәliyyatı aparsaq, sadә әdәdlәrin istәnilәn qәdәr böyük ardıcıllığını ala bilәrik.