ERÁZM ROTTERDAMLI (Erasmus Roterodamus), Dezideri (Desiderius) (28.10.1469, Rotterdam – 12.7.1536, Bazel) – Niderland alimi, humanist, yazıçı, filoloq, ilahiyyatçı, Şimal İntibahının әn görkәmli nümayәndәsi. Paris Un- tindә (1495–99) tәhsil almışdır. Latın dilindә yazmış- dır. Niderland mistisizmi vә humanizm yönlü tәhsili, elәcә dә xristian mәtnlәrinin yeni, elmi әsaslara söykәnәn oxunuşunu tәklif edәn Oksford reformatorlarının (C.Kolet vә b.) tәsiri yaradıcı şәxsiyyәt kimi formalaşmasında hәlledici rol oynamışdır. E.R. Əhdi-cәdidin yunan dilindә әslini ilk dәfә nәşr etmiş (1517, özünün geniş şәrhlәri ilә), onu latın dilinә çevirmişdir (1519). “Mәsihin fәlsәfәsi” adlandırdığı yeni ilahiyyatın mükәmmәl sistemini yaratmışdır. Bu sistemdә әsas diqqәt insanın Allaha münasibәtinә, Allah qarşısında mәnәvi öhdәliklәrinә yönәlir. “Axmaqlığın mәdhi” (1509), “Adi söhbәtlәr” (1519–35), “İradә azadlığı haqqında” (1524) vә s. әsәrlәrin müәllifidir.