DİAPİR (yun. διαπείρω – dәlmәk) – Yer qabığının, yaxud Yer mantiyası tağının antiklinal quruluşlu vә ya günbәzvarı qırışığı. Belә qırışıqlarda antiklinalın nüvәsindә laylar dik yatır vә bәzәn aşırılmış halda olur; qanad hissәdәn tağ hissәyә tәrәf layların qalınlığı azalır vә hәtta yoxa çıxır. D. qırışığın nüvә hissәsi, adәtәn, plastik süxurlardan (daşduz, gil) ibarәt olur. Nüvәsindәki süxurlar yer üzәrinә çıxdıqda, belә qırışıq nüvә ilә dәlinmiş D., çıxmadıqda isә gizli D. (kriptodiapir) adlanır. D. qırışığın nüvәsi bir qayda olaraq tektonik brekçiya ilә әhatә olunur. Duz vә gil D. qırışıqlarını ayırırlar. Duz D.-lәri platformaların iri çökәkliklәrindә (Xәzәryanı sineklizdә, Şәrqi Avropa platformasının Dnepr-Don avlakogenindә çoxdur), hәmçinin kәnar çökәklәrindә formalaşır (bax Duz tektonikası mәqalәsinә). Gil D.-lәri gilli çöküntü qatları ilә dolmuş çökәklәrdә (mәs., Kerç-Taman çökәyindә) mәlumdur. Mantiya D.-i öz üzәrindәki çökәkliklә izostatik tarazlıq yaradan Yer mantiyası tağının günbәzvarı, yaxud xәtti uzanmış qalxımıdır. Maqmatik D.-ini dә ayırırlar. Bu çevirilmiş damcı formasına bәnzәr intruziv kütlәdәn ibarәtdir. Şimali Qafqazda (Mineralnıye Vodı r-nunda) vә Krımın Cәnub Sahilindә (Ayıdağ, Kastel vә s.) rast gәlinir.
Диапирляр: а – дуз; б – эил; ъ – магматик; 1 – даш дуз; 2 – юртцк чюкмя сцхурлар (гумдашылар, ящянэдашылар); 3 – дабан сцхурлары; 4 – эилляр; 5 – интрузив сцхурлар; 6 – йерляшдириъи сцхурлар.
Диапир. Керч йарымадасында эил диапири (Андрусов палчыг вулканы).
Abşeron y-a vә Xәzәryanı ovalıqda neft vә qaz yataqları D. qırışıqlarla әlaqәdardır.