ERCİYAS, Arqeus – Türkiyәdә vulkan massivi. Anadolu yaylasının c.-ş.-indә yerlәşir. Andezit, dasit, liparitlәrdәn ibarәtdir. Hünd. 3916 m (Kiçik Asiya y-a-nın әn yüksәk nöqtәsi). Yamaclarında çoxsaylı konus vә kraterlәr var. Buzlaq 3300 m-әdәk enir. Ətәklәrini üzümlük vә bağlar tutur. Burada sonuncu püskürmә 1 әsrdә baş vermişdir (bu tәbiәt hadisәsi qәdim yunan coğrafiyaşünası vә tarixçisi Strabon tәrәfindәn tәsvir edilib).
Еръийас массиви.