DİASPÓR– hidroksidlәr sinfinә aid mineral – AlOOH (85%-i Al2O3, 15% H2O). Tәrkibindә qarışıq halda dәmir, xrom, manqan oksidlәri vә s. olur. Romb sinqoniyasında kristallaşır. Vәrәqli, pulcuqlu aqreqatlar, lövhәvi, bәzәn sütunvarı kristallar әmәlә gәtirir. Kristallarına az rast gәlinir; rәngsiz vә şәffafdır. Adәtәn boz, ağ, qonur, sarımtıl, yaşılımtıl rәnglәrә boyanmış olur. Sәrtliyi 6,5–7; sıxlığı 3380– 3400 kq/m3-dir. Kövrәkdir, şüşә parıltılıdır. D. hipergen mineraldır, aşınma qabıqların- da әmәlә gәlir. Hәmçinin bәzi peqmatitlәrdә, hidrotermal damarlarda vә metamorfik süxurlarda rast gәlinir. Alüminium filizlәrinin әsas komponentidir. Boksit әmәlә gәtirәn minerallardandır. İri yataqları RF-dә (Sverdlovsk vil.), Yunanıstanda (Naksos a.), Qazax.-da (Qaraoba yatağı), Slovakiyadadır (Banska-Ştyvnitsa). Azәrb. da yataqları Daşkәsәn, Göygöl r-nlarında vә Nax. MR-dәdir.
Диаспор. Орта Урал (РФ).