ERDURAN Ayla (d.22.9.1934, İstanbul) – türk violin ifaçısı. K.Bergerin yetirmә sidir. İlk çıxışı 10 yaşında Saray kino teatrında olmuşdur. 1946–51 illәrdә Paris Milli Konservatoriyasın da violin üzrә tәhsil almışdır. 1951–55 illәrdә ABŞ-da tәcrübә keçmiş, Tomas Şermanın rәhbәrlik etdiyi orkestrlә ilk konsertini vermişdir. 1957–58 illәrdә Moskva Konservatoriyasında D. Oystraxla çalışmış, 1957 ildә H.Ven yavski ad. müsabiqәdә mükafata layiq görülmüşdür. 1958 ildә Brüsseldә Ülvi Camal Erkinin violin ilә orkestr üçün konsertini bәstәkarın rәhbәrliyi ilә ilk dәfә sәslәndirmişdir. 1963 ildә Cum hurbaşkanlığı Simfonik Orkestri ilә birlikdә Türkiyәnin Orta ş.-indә vә Anadolunun müxtәlif yerlәrindә konsertlәr vermişdir. 1964 ildә Mithat Fenmen ilә birlikdә Londonda verdiyi konsertә görә H.Verney mükafatına layiq görülmüşdür. 1965 ildә yenә Londonda “Albert Holl”da Y.Rojdestvenskinin idarә etdiyi orkestrlә İ.Bramsın violin üçün konsertini ifa etmişdir. 1985 ildә London Filarmonik Orkestri ilә birlikdә Bramsın әsәrlәrini vala köçürmüşdür. 1970 ildә Niderlandda Bethoven mükafatını qazanmış, 1971 ildә Türkiyә Cümhuriyyәtinin Dövlәt sәnәtkarı adına layiq görülmüşdür. 1973–90 illәrdә İsveçrә vә Lozanna konservatoriyalarında ustad dәrslәri keçmiş, bir çox mәşhur sәnәtkarlar yetişdirmişdir. E. konsertlәrindә İ.Menuhin, Navarra, İ.Oystrax, V.Oystrax, V.Pikayzen vә b. sә nәtkarlarla yaradıcılıq әmәkdaşlığı etmişdir. O, Türkiyәdә U. Elqarın әsәrlәrini sәslәndirәn ilk sәnәtkardır. Avropanın, ABŞ-ın, Afrikanın, Rusiyanın, Azәrb.-ın bir çox şәhәrindә qastrol sәfәrlәrindә olmuşdur.