ÉREBRU (Örebro) – İsveçdә şәhәr. Erebru leninin inz. m. Əh. 107 min (2010). Elmaren gölünün q.-indә, Svarton çayı sahilindәdir. Avtomobil vә d.y.-ları qovşağı. Əsası 1200 ildә qoyulmuş; 1404 ildә şәhәr statusunu almışdır. Un-t (1999), qәsr (13–17 әsrlәr), qotik kilsә (13 әsr), 18–19 әsrlәrә aid taxtadan evlәr; diyarşünaslıq muzeyi, “Svampen” (“Göbәlәk”) su qüllәsi, Qustavsvik akvaparkı, “Bern Arena” idman kompleksi vә s. var. Mühüm ayaqqabı sәnayesi mәrkәzidir. Maşınqayırma vә kağız istehsalı inkişaf etmişdir.
Еребру гясри.