ÉREBRU SÜLHÜ (1812) – Napoleon Fransasına qarşı bağlanmış sülh vә müttәfiqlik haqqında müqavilәlәr; İsveçin Erebru (Örebro) ş.-ndә iyulun 6-da B.Britaniya ilә Rusiya vә B.Britaniya ilә İsveç arasında imzalanmışdır. E.s.-nün şәrtlәrinә görә, tәrәflәr arasında sülh bәrqәrar olunur, dostluq vә ticari münasibәtlәr әn imtiyazlı millәtlәr prinsipi әsasında qurulur, üçüncü dövlәtin hücumu zamanı bir-birini müdafiә etmәk haqqında öhdәlik götürülürdü. E.s. altıncı Fransa әleyhinә koalisiyanın (1813) formalaşdırılmasının başlanğıcı oldu.