ÉREBUS – Antarktidada Ross a.-nda (bәlkә dә y-a-nda) fәaliyyәtdә olan vulkan. Hünd. 3794 m. Bazaltlardan vә tuflardan tәşkil olunmuşdur. Əsas kraterinin diametri 850 m, dәrinliyi 275 m, hünd. 3743 m-dir. Əsas kraterdәn aşağıda ikinci kiçik krater yerlәşir. Kalderasında fumarollar vә qeyzerlәr var. Yamaclarında (100 m hünd.-әdәk) dәniz fauna vә florasının qalıqları aşkar edilmişdir. 1841 ildә ingilis sәyyahı C.K. Rossun ekspedisiyası kәşf etmiş vә ekspedisiya gәmilәrindәn birinin adı ilә adlandırılmışdır.
Еребус вулканы.