su hövzәlәrinin (dәniz, göl, çay, su anbarları) dibindә yaranan buz. Su altı qruntda donma temp-rundan aşağı temp-rda soyumuş suyun kristallaşması vә asılı sudaxili buz hissәciklәrinin dibә çökәrәk donması nәticәsindә yaranır. Ovuntulu, mәsamәli struktura malikdir; iri yığıntıları su sәthinә çıxaraq xәşәlә buz әmәlә gәtirә bilir. D.b. çox vaxt suya endirilmiş cisim lәrin (mәs., lövbәr), kiçik dağ çaylarının dibindәki iri daşların üzәrindә yaranır.