su hövzәsinin (gölün, bataqlığın, dәnizin, okeanın) dibini ört müş çöküntülәr. Sualtı yüksәklik vә quru dan qırıntı materialının gәtirilmә intensiv liyindәn asılı olaraq bu çöküntülәrin qranulometrik vә mineraloji tәrkibi müxtәlif olur. Materiklәrin sahilboyunda vә onların sualtı kәnarlarında terrigen çöküntülәr (gil, alevrit, qum, çınqıl, çaqıl daşı, valunlar) daha geniş yayılmışdır. Şelf zonalarında orqanogen karbonat çöküntülәri, detrit qumları, mәrcan riflәrinin aşınma mәh sulları, hәmçinin hemogen karbonat çöküntülәri vә fosforitlәr ayrı-ayrı zolaqlar şәklindә intişar tapmışdır. Kontinental yamaclarda vә onların әtәklәrindә D.ç., әsasәn, alevritli gil lәrdәn, gil lillәrindәn vә xıltlı axın çökün tülәrindәn ibarәtdir. Antarktida vә Qren lan diyanın sahil vә şelf buzlaqlarından qopmuş aysberqlәrin әrimәsi zamanı onlardan çökәn qum, buzlaq daşı, çınqıl, narın dәnәli şelf vә kontinental yamac çökün tülәri ilә qarışıq D.ç.-ni (bax Ays berq çöküntülәri) әmәlә gәtirir. 2000–4500 m dәrinliklәrdә Dünya okeanı yatağı foraminiferlәrlә, foraminifer-kokkolitlәrlә vә digәr karbonat lillәri ilә örtülmüşdür. 4500 m-dәn yuxarı dәrinliklәrdә diatome vә silisiumlu radiolyariya lillәri intişar tapmışdır. Abissal çuxurlarda, әsasәn qırmızı dәrin su gillәrindәn ibarәt vә dәmirlimanqanlı konkre siya lar la zәngin poligen D.ç. yayılmışdır. Vul kanik ada qövslәrinin әtrafını vulkanogen D.ç. tutur. Orta okean silsilәlәrinin ya mac larında vә rift dәrәlәrindә metal daşı yan çöküntülәr müәyyәn edilmişdir. D.ç.-nin qalınlığı orta okean silsilәlәrinin ox his sәlәrindә 0–50 m ara -sında dәyişir; kontinental yamacların әtәklәrindә isә bu dәrin lik 5–10 km-әdәk vә daha çoxdur