Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EREĞLİ

    EREĞLİ – Türkiyәnin c.-unda, Konya ilindә şәhәr. Əh. 98,7 min (2012). D.y. st. Şәhәrin ilk adı Herakleya Heraklın adından götürülmüş, sonralar E. şәklini almışdır. E.ә. 742 ildәn Aşşur, daha sonra Kimmer, Frigiya vә Lidiyanın işğalı altında olan E. e.ә. 546 ildә Əhәmәnilәrin hakimiyyәtinә keçmiş, e.ә. 333 ildә Makedoniyalı İsgәndәr tәrәfindәn tutulmuş, onun ölümündәn sonra isә Selevkilәr dövlәtinә qatılmışdır. E.ә. 64 ildә romalılar tәrәfindәn işğal olunmuşdur. 395 ildә Roma imperiyasının parçalanmasından sonra Bizansın tәrkibindә qalmışdı. 805 vә 832 illәrdә әrәblәr tәrәfindәn tutulsa da, Xilafәt qoşunlarının geri çәkilmәsi ilә әlaqәdar yenidәn Bizansın tәrkibinә qatılmışdır. 11 әsrdә Sәlcuqilәrin hakimiyyәti altına keçmişdir. Birinci sәlib yürüşü zamanı sәlibçilәr ilә müsәlmanlar arasında mübarizә meydanına çevrilmişdir. 15 әsrin ikinci yarısında Osmanlı dövlәtinә qatılmışdır. 1904 ildә Konyada d.y. çәkilişindәn sonra şәhәr sürәtlә inkişaf etmәyә başlamışdır. Şәhәrdәn 12 km ş.-dәki “İvriz” qayaüstü relyefi Hititlәr dövrünün abidәsidir. E.-nin c.-unda tәpә üzәrindә yerlәşәn Qarabaşvәli tikililәri (mәscid, tәkyә, imarәt vә türbә) 15 әsrә aiddir. Qübbәli vә tağlı imarәt Qaramanoğulları dövründәn qalmışdır. Ana dolu Sәlcuqlarının dövründә inşa edilmiş Cümә mәscidi, ehtimal ki, Qaramanoğulları tәrәfindәn tәmir olunmuşdur. 1889 ildә tamamilә yenilәşdirilәn mәscidin 32 sütun üzәrindәki әsas hissәsi torpaq damla örtülmüşdür. Qırmızımtıl daşdan tikilmiş, hünd. 40 m olan minarәnin şәrәfәaltı çini naxışlarla bәzәdilmişdir. Qaramanoğlu Seyfәddin Süleymanın qızı Nәsihә xatın tәrәfindәn inşa edilәn Şeyx Şәhabәddin zaviyәsi (1390–91), fәrqli üslubda tikilәn Rüstәm paşa karvansarayı (16 әsrin ortaları, memar Sinan), qәdim hamamlar E.-nin memarlıq nümunәlәridir. Sәlcuq Un-tinin ali peşә mәktәbi (1987) vә tәhsil fakültәsi (2010), liseylәr, muzey (1968) fәaliyyәt göstәrir. K.t. r-nunun (taxıl, yun, Ankara keçisi yunu) ticarәt mәrkәzidir. Pambıq parça f-ki var. 

    Ереğли (Конйа или). “Иrвиз” гайацстц релйефи.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç