EREĞLİ – Türkiyәnin şm.-ında, Zonquldağ ilindә şәhәr. Əh. 102,8 min (2012). Qara dәnizdә port. E.ә. 558 ildә Metropolis adı ilә Meqara ş.-ndәn olan yunanlar tәrәfindәn әsası qoyulmuşdur. Daha sonra Herakleya adlandırılmışdır. E.ә. 4 әsrdә tiranların hakimiyyәti altında idi. E.ә. 3 әsrdә Romanın Pont әyalәtinә daxil edilmiş, Pont Herakleyası adlandırılmışdır. Eramızın 395 ilindә Romanın iki hissәyә parçalanmasından sonra Bizans dövlәtinә qatılmış, 1204 ildә genuyalıların hakimiyyәti altına keçmiş, 1214 ildә yenidәn Bizans tәrәfindәn tutulmuş, 14 әsrin ortalarınadәk onun tәrkibindә qalmışdır. 1360 ildә (bәzi mәnbәlәrә görә, 1397) Osmanlıların hakimiyyәtinә keçmiş, Bәndәri Ereğli adlandırılmış, 19 әsrdә port şәhәri kimi şöhrәt qazanmışdır. 1924 ildәn Tür kiyәnin Zonquldağilinin tәrkibindәdir. Bülent Ecevit un-tinin tәhsil fakültәsi, muzey (3 mindәn artıq arxeoloji nümunә) vә s. var. Şәhәrdә mәdәniyyәt vә sәnәt festivalları keçirilir. E. ölkәnin daş kömür vә manqan filizi hasilatı mәrkәzlәrindәn biridir. Metallurgiya z-du, toxuculuq vә yeyinti sәnayesi müәssisәlәri var.
Ереьли (Зонгулдаь или) шящяриндян эюрцнцш.