EREXTÉYON, E r e x f e y o n (Erech theion) – Afina Akropolunda Afina vә Poseydon-Erexteya mәbәdi, qәdim yunan memarlığının nadir abidәsi. E.ә. 421–406 illәr arası tikilmişdir. Asimmetrik mәkan kompozisiyasına malik mәbәd bir sıra otaqlardan, ionik orderli iki portikdәn, mәşhur kariatidlәr portikindәn
ibarәtdir. Sahә etibarilә o qәdәr dә böyük olmayan E. (portiklәrsiz sahәsi 11,6 m x 23,5 m) kompozisiyasının vә ayrı-ayrı detallarının zәrifliyinә görә Akropol ansamblında mühüm yer tutur.
Ерехтейон мябяди. Е.я. 421–406.