EREMOSPARTÓN (Eremosparton) – paxlalılar fәsilәsindәn bitki cinsi. Çubuqşәkilli nazik budaqlı kollar, yaxud kiçik ağaclardır. Yarpaqları gövdәyә yapışmış xırda pulcuqlardır. Kәpәnәkşәkilli bәnövşәyi çiçәklәri uzun saplaqlıdır. Meyvәsi 1–2 toxumlu paxladır. Şәrqi Dağ.-da, Xәzәryanı әrazilәrdә .Orta Asiyada 3 növü mәlumdur. Y a r p a q s ı z E. (E.aphyllum) növü budaqları yuxarıya qalxan, hünd. 1 m-әdәk olan koldur. E. növlәri qumları bәrkitmәk vә sәhraları yaşıllaşdırmaq mәqsәdilә istifadә olunur.