ERENBÚRQ İlya Qriqoryeviç (27.1.1891, Kiyev – 31.8.1967, Moskva) – rus yazıçısı, ictimai xadim. SSRİ Dövlәt mükafatı laureatı (1942, 1948). 1908 ildә Parisә mühacirәt etmiş, 1917 ildә Rusiyaya qayıtmışdır. “Qanunlar barәdә şeirlәr” (1916), “Rusiya naminә dualar” (1918) şeir kitabları çap olunmuşdur. 20-ci illәr dә yaratdığı әsәrlәrin başlıca mövzuları borc, vә zifә mәsuliyyәti ilә duyğuların konflikti, insanla cәmiyyәtin qarşılaşdırılması (“Jan na Neyin mәhәbbәti”, 1924), kapitalizmin tәnqidi (“D.Y. tresti”, 1923) olmuşdur. “Qәni mәtçi” (1925) romanında sosial-psixoloji, “İkinci gün” (1933) romanında fәlsәfi problemlәr üstünlük tәşkil edir. 1936–39 illәrdә “İzvestiya” qәzetinin İspaniyada hәrbi müxbiri olmuşdur; esseist, nasir vә şair kimi çıxış etmişdir. Böyük Vәtәn müharibәsi illәrindә, әsasәn, publisist kimi fәaliyyәt göstәrmiş, “Parisin süqutu” (1941), “Fırtına” (1946–47) romanlarını yazmışdır. Müharibәdәn sonrakı illәrdә “Doqquzuncu val” (1951–52), “Mülayim hava” (1954–56) romanlarını, bir sıra әdәbi-tәnqidi esselәrini, “İnsanlar, illәr, hәyat” (1–6 c., 1961–65) xatirәlәr kitabını nәşr etdirmişdir. “İnsanlar, illәr, hәyat”, “Kommunar çubuğu” vә s. әsәrlәri Azәrb. dilinә tәrcümә edilmişdir.