(Mirzә Nәsrullah bәy Qurban bәy oğlu Q u r b a n b ә y o v u n tәxәllüsü; 1797, Şamaxı – 1870, Şamaxı) – Azәrb. şairi. İlk tәhsilini Şamaxıda almış, sonra Tәbrizdә mәdrәsәdә oxumuşdur. D. fars vә әrәb, habelә rus dillәrini, klassik Şәrq әdәbiyyatını mükәmmәl öyrәnmiş, Şamaxıya qayıtdıqdan sonra mirzәlik etmişdir. Xanlığın süqutundan sonra bir müddәt Şamaxı quberniya idarәsindә katib vәzifәsindә işlәmiş dir. Hәyatının son illәrindә Şamaxının Şıxminazlı mәhәllәsindә mәktәb açmış, orada müәllimlik etmişdir. “Beyt üs-sәfa” әdәbi mәclisinin iştirakçısı olmuşdur. Sosial mәzmunlu şeirlәri, vәsfiyyә, qәsidә vә mәnzum hekayәlәri var. D.-nin şeirlәrindә (“Bahariyyә”, “Pul”, “Vәsiyyәt”, “Nә etibar”, “Pişvaçilәrdәn nümunәlәr” vә s.) sosial problemlәr, varlı-kasıb münasibәtlәri, on ların psixologiyası vә bir-birinә zidd әxlaqi görüşlәri, yaşayış tәrzi tәsvir olunur. “Kitabün-nәsayeh” (“Nәsihәtlәr kitabı”, 1857) adlı nәsr әsәrinin, dini mövzuda “Rövzәt ül-әthar” (“Müqәddәslәrin bağçası”; S.Ә. Şirvani tәzkirәsindә bu әsәri “kitabi-mәqtәl” adlandırmışdır) kitabının müәllifidir.
Ә s ә r l ә r i: Mirzә Nәsrulla bәy Didә. B., 1928; XIX әsr Azәrbaycan şeiri antologiyası. B., 2005.
Әd.: Ş i r v a n i S.Ә. Әsәrlәri. 3cilddә. C. 3, B.,1974; S a l m a n M ü m t a z. Azәrbaycan әdәbiyyatının qaynaqları. B., 1986; Azәrbaycan әdәbiyyatı tarixi. 6 cilddә. C. 4, B., 2011.