Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ERFURT KONVENSİYASI (1808)

    ÉRFURT KONVENSİYASI (1808) – Fransa ilә Rusiya arasında gizli saziş. Erfurtda I Aleksandr ilә I Napoleon arasında aparılan danışıqlar (1808, 15 sentyabr – 2 oktyabr) әsasında xarici işlәr nazirlәri N.P. Rum yantsev vә J.B. Nonper de Şampanyi tәrәfindәn sentyabrın 30-da (12 oktyabr) imzalanmışdı. İspaniyada müharibәnin uzanması vә Avstriyadakı hәrbi hazırlıqlar Napoleonu Rusiya ilә yaxınlaşmağa vadar etmişdi. E.k. Rusiya ilә Fransa arasındakı Tilzit sülhünün (1807) müddәalarını bәrpa edәrәk Rusiya–Türkiyә müharibәsi (1806–1812) zamanı rus qoşunları tәrәfindәn işğal olunmuş Moldova vә Valaxiya üzәrindә Rusiyanın hüquqlarını tanıdı. Dunay knyazlıqları uğrunda Rusiya–Avstriya münaqişәsi başlayacağı tәqdirdә Fransa Rusiyaya hәrbi yardım göstәrmәyi öhdәsinә götürdü. Tәrәflәr Dunay knyazlıqlarının vә Finlandiyanın Rusiyaya birlәşdirilmәsinin vә İspaniya taxtının Bonapartlara keçmәsinin tanınması şәrti ilә B.Britaniyaya sülh tәklifi ilә müraciәt etmәk barәdә razılığa gәldilәr. Bu güzәştlәrlә Napoleon Avstriya ilә müharibәyә başlayacağı tәqdirdә Rusiyanın dәstәyini tәmin etmәk istәsә dә, I Aleksandr qeyri-müәyyәn vәdlәrlә kifayәtlәndi. 10 il müddәtinә imzalanan E.k. Rusiya–Fransa ziddiyyәtlәrini aradan qaldırmadı vә Napoleonun Rusiyaya qarşı yürüşә hazırlıqları ilә әlaqәdar faktiki olaraq qüvvәdәn düşdü.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç