ERGİN Mәhәrrәm Heydәr oğlu (1923 – 6.1.1995) – türk dilçisi. İstanbul Un-tinin әdәbiyyat fakültәsini bitirmişdir (1947). 1951 ildәn hәmin un-tdә işlәmişdir (1971 ildәn prof.). Orxon yazılarını müasir türk dilinә tәrcümә etmişdir. “Əbül qazi Bahadır xan: türklәrin soykökü” (1974), “Sovet imperiyası: Balkanlar vә Türkiyә” (1974), “Azәri türkcәsi” (1970, 1981), “Qazi Bürhanәddin divanı” (1980, nәşrә hazırlamışdır), “Oğuz Kağan dastanı” (1988, nәşrә hazırlamışdır), “Dәdә Qorqud hekayәlәri – Dәdә Qorqud kitabı” (sonuncu nәşri 1999), “Orxon abidәlәri” (sonuncu nәşri 1999) vә s. kitabların, “Bursa kitab xanalarındakı türkcә әlyazmalar arasında”, “Camiülmәani”dәki türkcә şeirlәr”, “Qazi Bürhanәddin divanı üzәrindә qrammatik iş”, “Türk dili vә qrammatikası tәlimi” vә s. mәqalәlәrin müәllifidir.