ÉRİ (Erie) – ABŞ-ın Pensilvaniya ştatında şәhәr. Əh. 101,8 min (2010). Eri gölü sahilindә port. Mühüm sәnaye mәrkәzi vә nәql. qovşağıdır. 1795 ildә fransız istehkamının yerindә salınmışdır. Qannon un-ti (1925), Eri Texnologiya İn-tu, incәsәnәt-tarix muzeylәri, planetari, zoopark fәaliyyәt göstәrir. Maşınqayırma, qara metallurgiya, metal emalı, kimya sәnayesi müәssisәlәri vardır. Nәzarәt-ölçü cihazları, tibbi alәtlәr, oyuncaqlar, plastik kütlәdәn mәmulatlar istehsal olunur. Kömür ixrac, dәmir filizi, taxta-şalban, oduncaq idxal edilir.