ERİDÚ, E r e d u (indiki İraqda Əbu Şәhreyi xarabalığı) – Şumerdә әn qәdim şәhәrlәrdәn biri. E.ә. 4-cü minilliyin birinci yarısından mövcud idi. Su vә müdriklik allahı Enkiyә (Ea) sitayişin mәrkәzi olmuşdur. 1918 ildәn aparılan arxeoloji qazıntılar nәticәsindә mәbәdlәr, sitayiş әşyaları, әmәk alәtlәri vә ictimai binaların qalıqları aşkar edilmişdir.