ÉRİKSON Erik (15.6.1902, Almaniya, Frankfurt-Mayn – 12.5.1994, ABŞ, Massaçusets ştatı, Harviç) – amerikan psixoloqu, sosioloq vә psixoanalitik. Psixologiya tarixinin yaradıcısı vә insanın hәyat tsiklinin psixososial nәzәriyyәsinin müәllifi, Harvard Un-tinin prof.-u (1960). İlk peşәkar uşaq psixoanalitiklәrindәn biri vә eqopsixologiyanın görkәmli nümayәndәsi olmuşdur. 1950 ildә “Uşaqlıq vә cәmiyyәt” psixoloji bestsellerini nәşr etdirmişdir. E. klassik psixoanalizin bәzi müddәalarını tәkrar nәzәrdәn keçirmiş, “eyniyyәtin diffuziyası” vә “psixi moratorium” konsepsiyalarını işlәyib hazırlamışdır. Kütlәvi “eyniyyәt patologiyası” sindromunun dәf edilmәsinә yönәlәn yeni psixoterapevtik metodlar yaratmışdır. Cәmiyyәtin inkişafında şәxsi vә psixi faktorların rolunu qeyd etmişdir. Sosial sarsıntılar (müharibәlәr, inqilablar vә s.) vә kütlәvi nevrozların qarşılıqlı әlaqәlәrini araşdırmış, “tarixi aktuallıq” ideyalarını inkişaf etdirmişdir. Psixotarixi metodun ilk ciddi tәtbiqedilmә tәcrübәsi “Gәnc Lüter” (1958) kitabı olmuşdur. “Qandi hәqiqәti” (1969) vә s. әsәrlәrindә psixotarixi ideya axtarışlarını davam etdirmişdir.