ERİSTİKA (yun. eristikos – mübahisә edәn) – mübahisә etmәk mәharәti. E. Qәdim Yunanıstanda e.ә 5 әsrin 2-ci yarısında sofistlәr arasında, e.ә. 4 әsrdә Meqara mәktәbindә geniş yayılmışdı. Qәdim yunan ritorika vә fәlsәfәsindә inandırmaq mәharәti kimi meydana gәlmiş E. çox keçmәdәn mübahisә zamanı hәr hansı müddәanı, doğru vә ya yanlışlığından asılı olmayaraq, müdafiә, yaxud tәzkib etmәk üçün işlәdilәn üsullar mәcmusuna çevrildi. Aristotel “Sofist tәkziblәr haqqında” traktatında sofistika ilә E. arasında fәrq qoymamış, sofist әqli nәticәlәri eristik sillogizmlәr adlandırmışdır. Hazırda bilәrәkdәn yanlış mühakimә üçün işlәdilәn üsullar sofistika, ümumiyyәtlә, mübahisә etmәk mәharәti isә E. adlandırılır.