ERİTÉM LAMPA (yun. έρύθημα – qızartı) – aşağıtәzyiqli borulu civә lampası; şәffaf uviola [lat. u(ltra) + viola – bәnövşәyi rәng] şüşәdәn hazırlanmış kolbanın daxili sәthinә lüminofor tәbәqәsi çәkilmişdir. Lüminofor civә buxarının rezonans şüalanmasının tәsiri altında spektrin ultrabәnövşәyi şüalar sahәsindә elektromaqnit dalğaları buraxır. E.l.-nın şüalanması dәriyә müvәqqәti qızartı (eritem) verir vә sonradan dәri qaralır. E.l., әsasәn, şüalandırıcı qurğularda ultrabәnövşәyi şüaların çatışmazlığını kompensә etmәk üçün tәtbiq olunur.