ERİTRÁZMA (yun. erythrάinö – qızarmaq) – korinebakteriyalar (Corynebakterium minutissimum) tәrәfindәn törәdilәn dәri xәstәliyi. Ən çox yaşlı kişilәr xәstәlәnirlәr. Qasıq-xayalıq, nadir hallarda sağrılararası büküşlәrdә, qoltuqaltı çuxurda, barmaqlararası büküşlәrdә, süd vәzisialtı nahiyәlәrdә epidermisin ancaq buynuz qatının zәdәlәnmәsi xarakterikdir. Əlamәtlәri: sәthdә çәhrayı-qәhvәyi rәngli kәskin sәrhәdlәnmiş, qabıq verәn lәkәlәr. Lәkәlәrin ölçüsü güclә sezilәn nöqtәdәn bir neçә sm-ә qәdәr ola bilәr. Müalicәs i: zәdәlәnmiş ocağa gündә 2 dәfә eritromisin mәlhәmi sürtmәk, digәr infeksiya qoşulduqda, hәmin nahiyәni yodun 2%-li spirtli tinkturası vә ya 5%-li salisil spirti ilә silmәk. Profilak tikası: dәriyә gündәlik gigiyenik qulluq, vanna vә duş qәbulundan sonra büküşlәrin diqqәtlә qurulanması.
Əd.: Qarayev Z.Ö., Qurbanov A.İ. Tibbi mikrobiologiya vә immunologiya. B., 2013.