ERİTROMİSÍN – makrolidlәr qrupundan olan antibiotik. Qrammüsbәt bakteriyaların әksәriyyәtinә (stafilokokklara, streptokokklara, pnevmokoklara vә s.) vә bәzi qrammәnfi bakteriyalara (mәs., brusellalara), rikketsiyalara, iri viruslara qarşı aktivdir. Penisillinә, tetrasiklinә, streptomisinә qarşı davamlı olan stafilokokklarla mübarizәdә effektivdir. Pnevmoniya vә digәr infeksion xәstәliklәrdә tәtbiq edilir.