ERİTROSİTLƏRİN ÇÖKMƏ SÜRƏTİ (EÇS), eritrositlәrin çökmә reaksiyası (EÇR) – qanın plazma zülalı fraksiyalarının nisbәtini göstәrәn qeyrispesifik laborator göstәricisi; EÇS-nin dәyişmәsi cari iltihabi vә ya digәr patoloji prosesin dolayı әlamәti ola bilәr.
Sınaq, qanda laxtalanma imkanından mәhrum olmuş eritrositlәrin qravitasiya tәsiri altında çökmә qabiliyyәtinә әsaslanır. Normada EÇS qadınlarda 2–15 mm/saata, kişilәrdә isә 1–10 mm/saata bәrabәr olur.
1918 ildә Fahraeus hamilә qadınlarda eritrositlәrin çökmә sürәtinin dәyişdiyini müşahidә etmiş, sonra isә EÇS-nin çox xәstәliklәrdә dәyişdiyini aşkar etmişdir. 1926 ildә Vesterqren vә 1935 ildә Uintrop EÇS-nin tәyin edilmәsi üçün hazırda kliniki tәcrübәdә istifadә olunan üsulu işlәyib hazırlamışlar.
EÇS-nin artması çox vaxt kәskin vә xroniki infeksiyalarla, immun-patoloji xәstәliklәrlә, daxili orqanların infarktı ilә әlaqәdar yaranır. Bu artma hәmçinin bәdxassәli şişlәr, eritrositlәrin sayının әhәmiyyәtli dәrәcәdә azalması zamanı, hamilәlik dövründә, bәzi dәrman preparatlarını, mәs., salisilatları qәbul etdikdә dә ola bilәr. EÇS- nin nisbәtәn az artması (20–30 mm/saat) anemiyalar, hipoproteinemiyalar zamanı, qadınlarda aybaşı vә hamilәlik dövrlәrindә müşahidә edilir. Onun kәskin artması (60 mm/saat-dan yuxarı) adәtәn septiki proses, autoimmun xәstәliklәr, toxumaların dağılması ilә müşayiәt olunan bәdxassәli şişlәr, leykozlar zamanı qeydә alınır. EÇS-nin azalması isә hiperproteinemiya, eritrositlәrin formasının dәyişmәsi, eritrositozlar, hepatitlәr zamanı mümkündür. EÇS-nin tәyininin qeyri-spesifik olmasına baxmayaraq, hәlә ki, bu üsul xüsusәn iltihabi prosesin intensivliyinin müәyyәn edilmәsindә әn populyar laborator test hesab olunur.
Üsulun prinsip i. Eritrositlәrin xüsusi çәkisi plazmanın xüsusi çәkisindәn artıqdır, ona görә dә eritrositlәr tәdricәn sınaq borusunun dibinә çökür. Eritrositlәrin çökmәsinin baş verdiyi sürәt, әsasәn, aqreqasiya dәrәcәsi ilә, yәni onların birlikdә yapışma qabiliyyәti ilә müәyyәn edilir. Aqreqatlar әmәlә gәldikdә hissәciklәrin sәth sahәsinin onların hәcminә olan nisbәti azalır, eritrosit aqreqatlarının sürtünmә müqavimәti ayrı-ayrı eritrositlәrin cәm müqavimәtinә nisbәtәn az olduğuna görә çökmә sürәti artır. Eritrositlәrin aqreqasiyası başlıca olaraq onların elektrik xassәsindәn vә qan plazmasının zülal tәrkibindәn asılıdır. Normada eritrositlәr mәnfi yük daşıyır vә biri digәrini itәlәyir. Aqreqasiyanın dәrәcәsi (demәli EÇS dә) plazmada kәskin faza zülallarının – iltihabi proses markerlәrinin konsentrasiyası artdıqca yüksәlir.
Tәyinetmә metodikası. EÇS-nin tәyini Pançenkov üsulu (Pançenkov kapilyarında) vә ya Vesterqren üsulu (sınaq borusunda) ilә aparılır. Pançenkov üsulunda 100 bölgüyә bölünmüş Pançenkov kapilyarına “P” işarәsinә qәdәr 5%- li natrium-sitrat mәhlulu yığılır vә o, saat şüşәsi üzәrinә köçürülür. Sonra hәmin kapilyara “K” işarәsinә qәdәr iki dәfә qan yığılır vә hәr ikisi saat şüşәsi üzәrinә üfürülür. Natrium-sitratla diqqәtlә qarışdırılmış qan yenidәn kapilyarın “K” bölgüsünә kimi yığılır. Kapilyar ştativә şaquli vәziyyәtdә qoyulur. EÇS 1 saatdan sonra, lazım gәlәrsә, 24 saatdan sonra qeyd edilir vә mm-lәrlә göstәrilir. Pançenkov üsulunda antikoaqulyant kimi 5%-li natrium-sitrat istifadә olunur. Vesterqren üsulu EÇS-nin tәyin edilmәsinin beynәlxalq üsuludur. O, Pançenkov üsulundan istifadә olunan sınaq borusunun xarakteristikası vә nәticә şkalasının kalibrlәnmәsi ilә fәrqlәnir. Normal qiymәt sahәsindә bu üsulla alınan nәticәlәr Pançenkov üsulu ilә alınan nәticәlәrә uyğun gәlir. Lakin Vesterqren üsulu EÇS-nin yüksәlmәsindә daha hәssasdır vә nәticәlәr EÇS-nin yüksәlmiş qiymәtlәri zonasında Pançenkov üsulu ilә alınan nәticәlәrә nisbәtәn daha dәqiqdir. Vesterqren üsulu ilә EÇS-ni tәyin edәrkәn 3,8%-li natrium-sitratla 4:1 nisbәtindә götürülmüş venoz qan lazımdır. Üsul 2,4– 2,5 mm deşiyi olan 200 mm-ә dәrәcәlәnmiş xüsusi Vesterqren sınaq borusunda yerinә yetirilir. EÇS 1 saat әrzindә mm-lәrlә hesablanır.