ERİZİPELÓİD (lat. erysipeloidum yun. έρυσiπελαç – qızılyel + εισοç – hal) – donuz qızılyeli bakteriyasının törәtdiyi kәskin infeksion dәri xәstәliyi. Yoluxma mәnbәyi – ev heyvanları (әsasәn, donuzlar) vә balıqlardır. Yoluxma, başlıca olaraq, әtin vә balığın işlәnmәsi zamanı zәdәlәnmiş dәridә baş verir. 2–3 gündәn sonra törәdici mikrobun keçdiyi yerdә ödem, dәrinin qırmızımtıl-göy rәng alması meydana çıxır vә tәdricәn yayılaraq ağrı ilә müşayiәt olunur. Bәzi hallarda limfa düyünlәri böyüyür, әlin falanqalararası oynaqları zәdәlәnir, bәdәn temp-ru yüksәlir.
Xәstәlik 2–3 hәftә davam edir; residivin baş vermәsi mümkündür. Müalicәs i: penisillin sırası antibiotiklәri vә ya doksisillin, ultrabәnövşәyi şüalarla şüalandırma, ixtiol mәlhәmi. Profilaktikas ı: әt vә balıqla işlәdikdә dәrinin zәdәlәnmәdәn gözlәnilmәsi, zәdәlәnmiş nahiyәnin dәrhal dezinfeksiyaedici mәhlullarla (yod, anilin boyaları vә s.) tәmizlәnmәsi.