ERKƏC – Azәrb. Resp. Goranboy r-nunun Mәnәşli ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 33 km c.-q.-dә, Aşağı Ağcakәnd–Todan avtomobil yolu kәnarında, Buzluq (Kürәk çayının qolu) çayının sahilindә, Murovdağ silsilәsinin şm.-ş. әtәyindәdir. Əh. 140 (2015); üzümçülük, taxılçılıq, kartofçuluq, tәrәvәzçilik vә heyvandarlıqla mәşğuldur. Ümumi orta mәktәb, klub, kitabxana, tibb mәntәqәsi var.