Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ERKƏKCİK

    ERKƏKCİK – çiçәyin içәrisindә mikrosporlar vә tozcuqlar әmәlә gәlәn özünәmәxsus ixtisaslaşmış hissәsi. E. onu bilavasitә çiçәk yatağına birlәşdirәn E. sapından vә tozcuq saxlayan tozluqdan ibarәtdir. Çiçәkdә E.-lәrin sayı sistematik әlamәtdir, onların bir çiçәkdә olan cәmi “andresium”, ya da “androecium” adlanır. E.-lәr çiçәk yatağına bәrkimә üsuluna, formasına, ölçüsünә, saplarının quruluşuna, birlәşdiriciyә vә tozluğa görә fәrqlәnir. Erkәkcik sapı tәpәsindә tozluq olan his sәdir, düz, әyilmiş, burulmuş, dolama vә qırıq-qırıq; formasına görә tükәoxşar, ko nusşәkilli, silindrik, yapıxmış, sancaqşә killi; sәthinin xarakterinә görә çılpaq, sal lanmış, tüklü, vәzicikli ola bilir. Bәzi bitkilәrdә erkәkcik sapı (bәnövşә, maqnoliya) qısadır, yaxud tamamilә inkişaf
    etmir. Tozluq erkәkcik sapının tәpәsindә yerlәşir vә öz aralarında birlәşdirici ilә әlaqәlәnmiş iki hissәdәn ibarәtdir. Bunların hәr birindә iki boşluq (tozcuq kisәlәri, kameralar, yaxud yuvalar) vardır. Tozluq kisәsi bir qayda olaraq dördyuvalıdır, bәzәn yuvalar arasındakı arakәsmәlәr hәr bir yarı hissәdә dağılır vә tozluq ikiyuvalı olur (sәhlәb çiçәyi, bәzi maqnoliyalar). Bәzi bitkilәrdә tozluq hәtta tәkyuvalıdır (arizarum). Erkәkcik sapının birlәşmә xarakterinә görә hәrәkәtsiz, hәrәkәtli vә yellәnәn tiplәri fәrqlәndirilir. Tozluqların mikrosporları inkişaf edir vә tozcuqlar, yaxud tozcuq dәnәlәri adlanan erkәk qametofitlәri әmәlә gәtirir. Bundan sonra kiçik reproduktiv hüceyrә (ondan spermi inkişaf edir) vә böyük vegetativ hüceyrә (ondan tozcuq borusu inkişaf edir) yaranır. Tozcuq dәnәlәri formasına görә dairәvi (sferik), yarımdairәvi, ellipsoid, uzunsovellipsoid, sapşәkilli ola bilir. Tozcuq dәnәsinin qabığı (sporoderma) iki qatdan ibarәtdir: xarici – ekzin vә daxili – intin. Bәzi bitkilәrdә (dәfnә, banan) sporoderma yalnız intin qatından ibarәtdir. Tozcuq dәnәsinin örtük qabığı kәlә-kötür, fırlı, iynәvarı, sancaqvarı, qırışlı, torlu vә s. olur. Bәzi bitkilәrdә tozluğun bütün tozcuqları, onun yarısı, yaxud az bir hissәsi xüsusi selikli maddә ilә bir kütlәdә yapışır vә pollini adlanır. Tozcuğu әhatә edәn selikdәn pollinidә quyruq, yaxud ayaq әmәlә gәlir vә onun kömәyi ilә pollini yapışqanlı vәziyә birlәşir (sәhlәb çiçәyi). Bәzi bitkilәrdә pollinilәr tutqaca bәnzәr olub cücülәrin ayaqlarına yapışır.

    Заnбаг чичяйинин еркякъикляри.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç