ERKULÁNU, E r k u l a n u d i K a r v a l y u - i - A r a u j u (Herculano de Carvalho e Araújo) Aleşandri (28.3.1810, Lissabon – 13.9. 1877, Vali-di-Lobuş) – Portuqaliya tarix çisi, yazıçı, siyasi xadim. 1844 ildәn Portuqaliya EA-nın üzvü. 1831–36 illәrdә siyasi fәaliyyәtlә mәşğul olmuş, liberal mövqedәn çıxış etmişdir. Ən böyük әsәri olan “Portuqaliya tarixi” (“Historia de Portugal”, v. 1–4, Lisboa, 1846–53) 13 әsrin ortalarınadәk olan dövrü әhatә edir. E. hәmçinin sәnәdli vә antiklerikal ruhlu “Portuqaliyada inkvizisiyanın meydana gәlmәsi vә bәrqәrar olması tarixi” (“Historia da origen e es tabelecimento da İnquisição em Portuqal”, t. 1–3, 1854–59) әsәrinin müәllifidir. Uzun müddәt Portuqaliya tarixi sәnәdlәrinin (“Monumenta portu galiae historica”) nәşrinә rәhbәrlik etmişdir. Siyasi şeirlәrin vә tarixi romanların müәllifi olan E. әsәrlәrindә Portuqaliyanın ictimaisiyasi hәyatını, orta әsrlәrin mәişәt vә adәtlәrini tәsvir etmişdir.