ERQ (әr. ) – Şimali Afrika sәhralarında qum massivlәrinin әrәbcә adı. Ən böyük qumlu sәhra massivlәri Şәrqi vә Qәrbi E.-lәrdir. Relyefi әsasәn hakim passat külәklәri istiqamәtindә uzanan hündür (200–300 m-әdәk) qum tirәlәrindәn ibarәt olur. Bu növ massivlәr Ərәbistanda nәfud, Orta Asiyada qum (kum), Çindә şamo adlanır.
Бюйцк Шярги Eрг. Тунис.