ERQÁSTUL (lat. ergastulum – emalatxana) – Qәdim Romada qulların salındığı xüsusi hәbsxana. E., әsasәn, kәnd villalarının, bәzәn isә şәhәr evlәrinin zirzәmilәrindә yerlәşirdi. E.-da qandallanmış mәhbuslara gözәtçilәr (hәmçinin qullar) nәzarәt edirdilәr. Qәdim Romada bәzәn malikanәnin bütün qullarına da E. deyilirdi.