ERQATİV QURULUŞ (yun. ergάtes – tәsir edәn) – xәbәri tәsirli vә ya tәsirsiz feillәrdәn ibarәt olduqda, mübtәdanın müxtәlif hallarda işlәndiyini әks etdirәn cümlә quruluşu. Qafqazda, İranda, Ön Asiyada, Amerikada bir sıra dillәrdә erqativ quruluşa malik cümlәlәrdәn istifadә edilir. Belә dillәrdә ismin tәsirlik halı yoxdur. Cümlәdә vasitәli tamamlıq adlıq halda işlәnәn isimlә ifadә olunur. Erqativ hal Azәrb. dilindә hәr hansı bir hala uyğun gәlә bilәr.