Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ERQODİK NƏZƏRİYYƏ

    ERQODİK NƏZƏRİYYƏ – ilk dәfә statistik fizikada vә sistemlәrin ümumi dinamikasında erqodik fәrziyyәnin (faza funksiyalarının zaman ortalarını onların faza ortaları ilә әvәz etmәyin mümkünlüyü) riyazi әsaslandırılması ilә әlaqәdar yaranmış nәzәriyyә. Sistemdә faza ortaları zaman ortaları ilә üst-üstә düşürsә, sistem erqodik adlanır. 1931 ildә amerikan riyaziyyatçısı C.Birkhof belә teorem isbat etdi: sistem yalnız vә yalnız o zaman erqodikdir ki, onun faza fәzasının iki kәsişmәyәn müsbәthәcmli invariant çoxluqlarının birbaşa cәm şәklindә ayrılışı yoxdur. Onun tәdqiqatlarını sovet alimlәri A.Y.Xinçin, N.M.Krılov, N.N.Boqolyubov, amerikan alimi C. fon Neyman vә b. inkişaf etdirәrәk ümumilәşdirmişlәr. Xinçin erqodik fәrziyyәnin tәqribi variantını (zaman vә faza ortalarının tәqribi bәrabәrliyini) ciddi әsaslandırdı (1952). E.n. sonralar ölçülü fәzaların çevrilmәsinin sırf riyazi nәzәriyyәsi kimi inkişaf etdi. 50-ci illәrin 2-ci yarısında E.n. yeni tәkan aldı. A.N.Kolmoqorov E.n.-dә aparıcı olan yeni istiqamәt (entropiya) yaratdı. Bu istiqamәt dinamik sistemin informasiya nәzәriyyәsi vә ümumi rabitә nәzәriyyәsi ilә sıx bağlıdır. E.n.-nin alınmış nәticәlәri statistik fizikanın әsaslandırılmasına aid mәsәlәnin
    mükәmmәl hәllinә gәtirib çıxarmadı, lakin E.n. vә erqodik sistem anlayışının özü ümumi dinamikada, diferensial tәnliklәrin keyfiyyәt nәzәriyyәsindә, tәsadüfi proseslәr nәzәriyyәsindә vә digәr mәsәlәlәrdә böyük rol oynayır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç