ERQÓQRAF (yun. ἔργον – iş + ... qraf) – әzәlәnin әmәk qabiliyyәti dinamikasının öyrәnilmәsi zamanı onun işini yazmaq üçün cihaz. Müayinә edilәn әzәlәdәn asılı barmaq, әl, ayaq, bel, göz E.-ı fәrqlәndirilir. E. ilk dәfә 1890 ildә italyan fizioloqu A.Mosso tәrәfindәn düzәldilmişdir. E.-ın iş prinsipi xüsusi mexaniki vә ya elektrik ötürücünün kömyilә müәyyәn işin yerinә yetirilmәsi (mәs., yükün qaldırılması vә endirilmәsi, yayın sıxılması, tәsbit olunmuş obyektin aydın görmәnin yaxın vә әn yaxın nöqtәlәri arasında yerlәşmәsi) zamanı verilmiş tempdә fәaliyyәt göstәrәn әzәlәnin yığılması vә boşalması amplitudasının vә vaxtının yazılmasından ibarәtdir. Adәtәn E.-da iş yorulmaya qәdәr (bu, hәrәkәt amplitudasının kiçilmәsi ilә meydana çıxır) tamamlanır. Erqoqrafiya müxtәlif növ fiziki vә zehni iş zamanı, ayrı-ayrı xarici mühit amillәrinin tәsiri ilә vә s.-dә әmәk qabiliyyәtini qiymәtlәndirmәk üçündür.