Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ERQONOMİKA

    ERQONÓMİKA (yun. ἔργον – iş vә νόμος – qanun) – istehsalat şәraitindә insan funksionallığını öyrәnәn, işçinin әmәk mәhsuldarlığını, iş qabiliyyәtini yüksәltmәk üçün optimal şәraitin yaradılması imkanlarını vә qanunauyğunluqlarını araşdıran elmi istiqamәt. “E.” termini ilk dәfә 1857 ildә polyak alimi V.Yastşebovski tәrәfindәn istifadә edilmişdir. 1920-ci illәrdә idarә edilәn texnikanın mürәkkәblәşmәsi ilә әlaqәdar E.-nın inkişafı başladı. Bu mәqsәdlә ilk tәdqiqatlar SSRİ, B.Britaniya, ABŞ vә Yaponiyada aparılmışdır. 1949 ildә bir qrup ingilis alimi Erqonomik Tәdqiqatlar Cәmiyyәti yaratdıqdan sonra “E.” termini hamı tәrәfindәn qәbul edildi. 1961 ildә 30-dan artıq ölkәnin tәmsil olunduğu Beynәlxalq Erqonomik Assosiasiya (İEA) yarandı. 1950 ildәn müxtәlif ölkәlәrdә E. üzrә tәdris proqramları vә ali mәktәblәrdә mütәxәssislәr hazırlanır. E.-da psixologiya, fiziologiya (әsasәn neyrofiziologiya), antropometriya, әmәk gigiyenası vә tәhlükәsizliyi, sosiologiya, kulturologiyanın vә bir sıra texniki vә informasiya fәnlәrinin nәticәlәrindәn istifadә edilir. E.-nın tәdqiqat sahәlәri: fiziki mühitin insanın funksional vәziyyәtinә vә iş qabiliyyәtinә tәsirinin tәdqiqi, orqanizmi mühitin zәrәrli tәsirlәrindәn qoruyan sәmәrәli vasitәlәrin hazırlanması; psixoloji, fizioloji – gigi yenik vә estetik tәlәblәr nәzәrә alınmaqla, idarәetmәnin müxtәlif növ vasitә vә mәntәqәlәrinin әlverişli yerlәşdirilmәsindә ümumi prinsiplәrin müәyyәnlәşdirilmәsi; icraçılarda möhkәm professional dinamik sterotiplәrin yaranmasına tәsir göstәrәn iş yeri vә şәraitinin layihәlәndirilmәsi; qavrama vә hissetmә hәdlәrindәn, işıq vә rәng siqnallarından asılı olaraq müxtәlif növ indikasiyaların (görmә, eşitmә vә s.) optimal xarakteristikalarının sәmәrәliliyinin tәyini, idarәetmә orqanlarının, onların diktә etdiyi iş hәrәkәtlәrinin insanın reflektiv reaksiyasına uyğunluğunu
    nәzәrә almaqla, sәciyyәvi xassәlәrinin tәyini. Müasir E. üç әsas hissәdәn ibarәtdir: mikroerqonomika, midierqonomika vә mak roerqonomika. Mi k r o e r q o n o m i k a “insan–maşın” sisteminin tәdqiqi vә layihәlәndirilmәsi (proqram mәhsulları interfeyslәrinin layihәlәndirilmәsi dә bura daxildir) ilә mәşğuldur. M i d i e r q o n o m i k a “insan–kollektiv”, “kollektiv–tәşkilat”, “kollektiv–maşın”, “insan–şәbәkә” sistemlәrinin öyrәnilmәsi vә layihәlәndirilmәsini nәzәrdә tutur, o, iş yeri vә istehsal mәsәlәlәri sә viyyәsindә istehsal münasibәtlәrini araşdırır. Tәşkilat vә müәssisә әrazisinin strukturunun layihәlәndirilmәsi, iş cәdvәlinin planlaşdırılması vә tәrtibi, gigiyena vә әmәyin tәhlükәsizliyi dә buraya daxildir. M a k r o e r q o n o m i k a bütün amillәri (texniki, sosial, tәşkilati; hәm xarici, hәm dә daxili) nәzәrә almaqla, sistemi tam olaraq tәdqiq edir. Bütövlükdә sistemin vә onun bütün elementlәrinin harmonik, uyğunlaşdırılmış vә etibarlı işinin tәmin olunması makroerqonomikanın mәqsәdidir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç