ERQOSTERİN, D2, C28H44O p r o v i t a m i n i – sterinlәr qrupundan tәbii birlәşmә. Mayada, kif vә s. göbәlәklәrdә aşkar edilmişdir. tәr. 165°C olan kristaldır; suda hәll olmur, üzvi hәlledicilәrdә hәll olur. Optiki aktivdir, [α]D – 129°. B halqasında qoşulmuş ikiqat ra bitәlәr olduğuna görә yüksәk reaksiya qabiliyyәtinә malikdir.
E. xolesterin kimi hüceyrәlәrdә molekulyar komplekslәr vә kristal törәmәlәr әmәlә gәtirә bilәr. UB işıqla şüalandırıldıqda B halqası qırılır vә qızdırıldıqda
vitamin D2-yә (erqokalsiferol) asan izomerlәşәn prekalsiferol yaranır. Əczaçılıq sәnayesindә D2 vitamini, hәmçinin progesteron hormonunu almaq üçün istifadә olunur. E.-in mәnbәyi xәmir mayalarının qәlәvi hidrolizatı, yaxud antibiotik istehsalının mitseli tullantılarıdır.