ERQ-ŞEŞ, Ş e ş – Böyük Sәhrada, Əlcәzairin c.-q.-indә, Malinin şm.-ında qumlu sәhra. Əl-Əqlәb vә Tanezruft platolarının arasındakı çökәklikdә yerlәşir. Şm. hissәsi üçün uzun dünlәr (hünd. 300 m-әdәk) xarakterikdir, 25° şm.e.-ndәn c.-a tirәlәr (dünlәrin hünd. tәqr. 50 m) enli yelpik şәklindә q.-ә doğru ayrılır. İllik yağıntı 10 mm-dәn azdır. Su mәnbәlәri yox dәrәcәsindәdir.