ERLAXER–BLOUNT XƏSTƏLİYİ – diz oynağının varus vә valqus deformasiyası; aşağı әtrafların anadangәlmә xәstәliyi. İlk dәfә 1922 ildә Avstriya ortopedi Erlaxer tәrәfindәn qismәn, sonradan isә1930 ildә Blount tәrәfindәn әtraflı tәsvir olunmuşdur. Xәstәliyin sәbәbi dәqiq müәyyәn edilmәmişdir. E.–B.x. ilә, әsasәn, 1 yaşdan 3 yaşa qәdәr uşaqlar xәstәlәnirlәr. Daha böyük yaşlarda qamış sümüyünün varus deformasiyasına nadir hallarda tәsadüf edilir, yaxud degenerativ-distrofik prosesi nәticәsindә yaranır. Xәstәlik çox vaxt qızlarda olur vә xәstәlәrin әksәrindә deformasiya ikitәrәfli xarakter daşıyır. Xәstәliyin erkәn kliniki әlamәti yerişin başlanması ilә әlaqәdar olan dizin varusudur. Ətrafa düşәn tәzyiqin tәdricәn çoxalması ilә deformasiya artır vә bu da axsamağa vә tez yorulmaya sәbәb olur. Ayaqların ikitәrәfli әyilmәsi lәng yeriş, “ördәk” yerişi törәdir. Birtәrәfli zәdәlәnmә zamanı әtrafın funksional qısalması nәticәsindә dә axsama baş verә bilәr. Deformasiyanın növünә görә baldırın varus әyilmәsi (0-şәkilli ayaqlar) vә baldırın valqus әyilmәsi (X-şәkilli ayaqlar) ayırd edilir. Belә xәstәlәrin boyu yaş normasına nisbәtәn az olur. D i a q n o z xarakterik kliniki vә rentge noloji tәsvirә әsasәn qoyulur. M ü a l i c ә s i. Bütün E.–B.x-dәn şübhәli uşaqlar daim uşaq ortopedinin nәzarәti altında olmalıdır. Kiçik deformasiyalar zamanı masaj vә müalicәvi bәdәn tәrbiyәsi
tәmrinlәri tәyin edilir. Qamış sümüyünün aydın bilinәn әyilmәsi deformasiyalaşan artroz yaratdığı üçün erkәn profilaktika tәlәb edir. Belә halda erkәn yaşlarda mәrhәlәli gips sarğısı, ümummöhkәmlәndirici terapiya vә ultrabәnövşәyi şüalanma tәtbiq olunur. Deformasiya 5–6 yaşa kimi aradan qalxmadıqda ortopedik cәrrahi әmәliyyat aparılır. İlizarov aparatını yerlәşdirmәklә qamış sümüyünün yüksәk osteotomik düzәldilmәsi әn effektiv üsuldur.