ÉRLANGEN – AFR-dә, Bavariya federal әrazisindә şәhәr. Əh. 107,1 min (2012). Rednits çayı vә Lyudviqs kanalının sahilindә yerlәşir. Adı ilk dәfә 1002 ildә qeyd olunur. 1374 ildә yarmarka keçirmәk vә zәrbxanaya sahib olmaq hüququ әldә etmiş, 1632 ildә Otuzillik müharibә (1618–48) zamanı ciddi dağıntılara mәruz qalmışdır. Erlangen-Nürnberq un-ti (1743), Fraunqofer inteqrasiya sxemlәri elmi tәdqiqat in-tu, Botanika bağı fәaliyyәt göstәrir. Hәr il әnәnәvi festivallar keçirilir. Nürnberq–Fyurt–E. sәnaye “üçbuca ğına” daxildir. Elektrotexnika vә radio elektron (“Simens” konserni) sәnayesi, dәzgah, elektrovoz,
pambıq parça, kağız istehsalı var.
Ерланэен шящяриндян эюрцнцш.