ERLİFT KOMPLEKTİ – çay vә dәnizlәrdәn süxurları vә ya filizlәri erlift (yaxud bir neçә erlift qaldırıcısı) vasitәsilә çıxarmaq üçün üzәn qurğu. E.k. iki әsas qrupa ayrılır: çay vә dәniz E.k.-lәri. Hasilat prosesi troslardan asılmış liftin suya daldırılması ilә başlayır. Sonra gәmi bortundan kompressor vasitәsilә erlift qarışdırıcısına hava verilir vә onunla qarışmış hidroqarışıq E.k.-nә ötürülür. E.k.-nin pulpa borusundan hidroqarışıq havaayıran bunkerә daxil olur.
Ç a y vә sahil sututarlarında qum-çınqıl yataqlarının işlәnmәsi üçün tәtbiq edilәn E.k.-lәrinin üzәn bazası pontonlar vә ya xüsusi gәmilәrdir. Dәniz E.k.-ndәn faydalı qazıntıları dәniz, yaxud okean dibindәn çıxarmaq üçün istifadә edilir. Belә E.k.-nin üzәn bazası xüsusi motorlu vә ya motorsuz gәmilәrdir. Motorsuz E.k.-ndә zәnginlәşdirilmiş materiallar, yaxud hidroqarışıqlar gәmilәrә (şalandalara) yüklәnir. E.k.-nin zәnginlәşdirmә qurğuları ilә tәchiz edilmәsi faydalı qazıntı hasilatındakı xәrclәrin azaldılmasına imkan verir.