ERLİX (Ehrlich) Paul [14.3.1854, Ştrelen (Sileziya) – 20.8.1915, Hamburq] – alman hәkimi, immunoloq, bakterioloq, kimyaçı vә biokimyaçı; kimyәvi terapiyanın banisi, Nobel mükafatı laureatı (1908, İ.İ. Meçnikovla birgә). Breslavl, Strasburq vә Leypsiq un-tlәrindә oxumuşdur. 1877 ildәn Şarite Berlin klinikasının hәkimi, 1887 ildәn Berlin Un-tinin privatdosenti, 1890 ildәn ekstraordinar prof. olmuş, eyni zamanda R. Koxun İn-tunda işlәmişdir. 1896 ildәn Şteqlisdә zәrdabın öyrәnilmәsi in-tunun direktoru olmuşdur. 1899 ildәn Frankfurt-Maynda, hazırda onun adını daşıyan, Eksperimental Terapiya İn-tuna rәhbәrlik etmişdir. Əsas әsәrlәri biokimya, dәrman maddәlәrinin kimyası, eksperimental patologiya vә terapiya, habelә immunitet üzrәdir. 1901 ildәn bәdxassәli şiş problemi üzәrindә işlәmişdir. Qan leykositlәrinin müxtәlif formalarını tәsvir etmiş, qanyaranmada sümük iliyinin vә limfoid orqanların әhәmiyyәtini göstәrmişdir. Bәzi infeksion xәstәliklәrin kimyәvi preparatlarla müalicә üsullarını işlәyib-hazırlamışdır. İlk olaraq müalicә preparatlarına qarşı mikroorqanizmlәrin davamlılıq qazanmaq şәrtini müәyyәn etmişdir. Alman alimi A. Bertheymlә birlikdә salvarsan preparatını hazırlamışdır (1907).
Əsәrlәri: The collected papers ..., v. 1–3, L.– N.Y., 1956–60; ruscaya tәrcümә – Материалы к учению о химиотерапии, СПБ, 1911.