Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ERLİK

    ÉRLİK (buryatca Erlik xan, Erlen xan; monqolca Erlik Nomun xan; kalmıkca Erlik Nomin xan; tuvaca Erlik Lovuy xan; xakasca İrlik) – monqol xalqlarının vә Sayan-Altay türklәrinin miflәrindә ölülәr dünyasının hökmdarı, axirәtdә ali hakim, iblis, demiurq, yaxud demiurqun yaratdığı ilk canlı varlıq. E. adı Yamanın (buddizmdә ölülәr sәltәnәtinin hökmdarı) qәdim uyğurlardakı epiteti Erlik xaqanla (“qüdrәtli hökmdar”) bağlıdır. Nomun xan lәqәbi Yamanın “qanun çarı”, “inanc hökmdarı” titullarının monqolca ifadәsidir. Buddist rәvayәtlәrinә görә, E. keçmişdә ali müqәddәslik sәviyyәsinә çatmış vә fövqәladә qüdrәt qazanmış rahib olmuşdur, lakin oğurluqla şәrlәnәrәk öldürülmüş, yaxud oğruların cinayәtinә tәsadüfәn şahidlik etdiyinә görә qәtlә yetirilmişdir. Başı kәsilmәsinә baxmayaraq, hәyatda qalan E. özünә öküz başı qoymuş vә qorxunc iblisә çevrilmişdir. “Ölümә qalib gәlәn” Yamandağ onu ram etmiş vә yeraltı dünyaya göndәrmişdir. E. vә Yamandağın qarşıdurmasına baxmayaraq, onlar ikonoqrafiyada oxşar tәsvir edilir vә Monqolustanda çox zaman eynilәşdirilirlәr.

    E.-in sәltәnәti, bir qayda olaraq, yerin altındadır. Lakin bәzәn “o dünya” canlılar dünyasının haradasa kәnarında (mәs., kalmıklarda q.-dә), sonsuz uzaqlıqda lokallaşdırılır. Nadir hallarda E. sәma allahlarından biri hesab edilir. Altay miflәrindә E.Ulgenin qardaşı, onun yaradıcısı vә ya yaradılmışı, ilk insandır. E. dünyanı yaratmaqda Ulgenә yardım edir vә ya mane olur, Ulgendәn xәbәrsiz vә onun iradәsi әleyhinә insana ruh verir, bununla da ölümdәn sonra hәmin ruhu götürmәk hüququnu әldә edir.

    Altaylılarda Ulgen tәrәfindәn qarğış edilmiş E. yeraltı dünyaya qәrq olur. İlk vaxtlarda belә hesab edilirdi ki, o, gecәlәr yer altından çıxıb, әn gözәl qadınları vә kişilәri öldürәrәk öz işçilәrinә çevirir, lakin yenә dә allah tәrәfindәn yer altına qovulur. Bu günә qәdәr onun ölәnlәrin ruhlarını öz xidmәtindә durmağa mәcbur etmәsi, yaxud onları yer üzünә şәr işlәr görmәyә göndәrmәsi barәdә tәsәvvürlәr qalmaqdadır. E. hündürboylu, haçalanmış saqqalı dizinә çatan, dağınıq saçlı, qulaqlarının ardına dolanan qara, uzun bığlı, qara qaşlı, qara gözlü, qüdrәtli qoca kimi tәsәvvür edilir.

    Buryat mifologiyasında E. yalnız yeraltı dünyanın  hökmdarı  vә  axirәtin  hakimi deyil, hәm dә zalım Şәrq xanlarının başçısıdır. Onun atası qaranlıq Şәrq allahı Qujir tenqri, arvadı isә Ehe Nur xatundur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç