ÉRMAN (Eriman) Adolf (31.10.1854, Berlin – 26.6.1937, orada) – alman misirşünası. Berlin un-tinin prof.-u (1883 ildәn). Berlindәki Misir muzeyinin direktoru (1884 ildәn). Prussiya EA-nın üzvü (1894 ildәn). Misir yazı sistemini öyrәnәn, misirşünaslığın әsasını qoyan sәlәflәrindәn fәrqli olaraq, E. Misir dilini tәdqiq etmiş, onun qrammatik quruluşunu vә inkişaf mәrhәlәlәrini müәyyәnlәşdirmişdir. Onun rәhbәrliyi altında Qәdim Misir dilinin әn dolğun lüğәti işlәnib hazırlanmışdır.